Öldürülən qazi Tovuzdakı anım mərasiminə gedibmiş...

Öldürülən qazi Tovuzdakı anım mərasiminə gedibmiş...

Hazırda oxunan: Öldürülən qazi Tovuzdakı anım mərasiminə gedibmiş...
644486
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Oktyabrın 25-də Tovuzda Vətən müharibəsi qazisi Nizami Qurbanovun qətlə yetirilməsi ilə nəticələnən hadisənin təfərrüatları məlum olub.

Bizim.Media xəbər verir ki, mərhum Neftçalanın Xol Qarabucaq kəndinin sakini olsa da, dövlət tərəfindən ona verilən Bakıdakı mənzildə yaşayırmış.

N.Qurbanov hadisə günü müharibədə şəhid olmuş döyüş yoldaşının anım tədbirində iştirak etmək üçün Tovuza gedib.

Tədbirdən sonra Tovuzun Xəqani küçəsində bir qrup şəxs arasında münaqişə yaranıb. Nəticədə Ü.Abdullayev və Nizami Qurbanov bıçaq xəsarətləri alıb. Nizaminin həyatını xilas etmək mümkün olmayıb.

Qətli törətməkdə şübhəli bilinən 2002-ci il təvəllüdlü Ağdam sakini Elnur Sadıqov polis əməkdaşları tərəfindən saxlanılıb. Onun Nizami Qurbanovla əvvəldən tanış olmadığı bildirilir.

N.Qurbanov ailənin tək oğul övladı olub.

Faktla bağlı Tovuz Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır. (Qafqazinfo.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO