Daha iki Sosial Xidmət Mərkəzi istifadəyə verildi – FOTO

Daha iki Sosial Xidmət Mərkəzi istifadəyə verildi – FOTO

Hazırda oxunan: Daha iki Sosial Xidmət Mərkəzi istifadəyə verildi – FOTO
644480
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin daha 2 ixtisaslaşmış Sosial Xidmət Mərkəzi fəaliyyətə başlayıb.

Bu barədə Bizim.Media-ya nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, Hacıqabul və Göyçay rayonlarında yerləşən mərkəzlərdə ixtisaslı mütəxəssislər tərəfindən çətin həyat şəraitində olan şəxslərə reabilitasiya xidmətləri göstəriləcək.

Xüsusi qayğıya ehtiyacı olan uşaqlara psixoloji, pedaqoji, loqopedik və aktiv terapiya xidmətləri təşkil ediləcək. Benefisiarların valideynləri isə valideyn bacarıqlarının artırılması istiqamətində müvafiq təlimlərə cəlb olunacaqlar.

Yeni açılan mərkəzlər də daxil olmaqla, agentliyin ölkə üzrə artıq 7 Sosial Xidmət Mərkəzi (Abşeron, Sabunçu, Nərimanov, Yasamal, Ağdam, Hacıqabul, Göyçay) və bir Sosial Xidmət Kabineti (Sumqayıt şəhəri) fəaliyyət göstərir. Bu mərkəzlərdə hazırda 300-ə yaxın şəxs dövlət qayğısı ilə əhatə olunur.

Daha iki Sosial Xidmət Mərkəzi istifadəyə verildi – FOTO - foto 1
Daha iki Sosial Xidmət Mərkəzi istifadəyə verildi – FOTO - foto 2
Daha iki Sosial Xidmət Mərkəzi istifadəyə verildi – FOTO - foto 3
Daha iki Sosial Xidmət Mərkəzi istifadəyə verildi – FOTO - foto 4

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO