
- A-
- A
- A+
Ölkəmizdə təhsil almaq istəyən xarici tələbələrlə bağlı YENİ TƏKLİF
Milli Məclisdə xarici tələbələrin viza problemlərinin həlli ilə bağlı müvafiq qurumlarla birgə dinləmələr keçirilməsi təklif olunub.
Bizim.Media xəbər verir ki, bu təkliflə deputat Fariz İsmayılzadə parlamentin bugünkü plenar iclasında çıxış edib.
Deputat bildirib ki, Azərbaycanın səfirliklərinin olmadığı bəzi ölkələrdə xarici tələbələr tələbə vizasını vaxtında almaqda çətinlik çəkirlər.
“Bəzi ölkələrdə, hansılarda ki, Azərbaycan səfirlikləri yoxdur, orada xarici tələbələr vaxtı-vaxtında tələbə vizasını almaqda çətinlik çəkirlər. Ona görə təklif etmək istərdim ki, bu fürsətdən istifadə edərək Miqrasiya Xidməti, Elm və Təhsil Nazirliyi və bizim Elm və təhsil komitəmiz birgə dinləmələr təşkil olunsun, universitetlərlə görüşlər təşkil olunsun və məhz biznes mühitindən gələn rəylərlə yanaşı universitetlərin də rəyləri nəzərə alınsın”, – deputat qeyd edib.
O bildirib ki, ümumi məqsəd Azərbaycanda xarici tələbələrin sayını artırmaq, onların ölkənin təhsil sistemindən faydalanmasını təmin etmək və gələcəkdə Azərbaycanı dəstəkləyən insanlara çevrilməsinə nail olmaqdır.
Günay Şahmar, Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































