Prezident: “Azərbaycan mədəniyyətlərarası körpülər salan ölkə kimi tanınır”

Prezident: “Azərbaycan mədəniyyətlərarası körpülər salan ölkə kimi tanınır”

Hazırda oxunan: Prezident: “Azərbaycan mədəniyyətlərarası körpülər salan ölkə kimi tanınır”
644465
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“2028-ci ildə Avropa Siyasi Birliyinin iclasının Azərbaycanda keçirilməsi nəzərdə tutulur”.

Bizim.Media xəbər verir ki, bunu Prezident İlham Əliyev Bakıda "Ortaq gələcək naminə dialoq" mövzusunda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində çıxışında deyib.

Dövlət başçısı bildirib:

"Avropanın siyasi icmasında 50-dən artıq ölkə var. Mədəniyyətlərarası forum da iki ildən bir keçirilir. Yəni bir ölkədə, bir şəhərdə iki qlobal tədbir keçiriləcək. Bu bizə olan hörmətin təzahürüdür. Azərbaycanın sabit siyasəti, çoxtərəfli mədəniyyəti sədləri yox, körpüləri salan bir ölkə kimi tanınması inkişafa söykənir.

Bu ay biz AQEM-in görüşünü keçirdik. Bu, Asiyada əməkdaşlıq və qarşılıqlı etimad tədbirləri təşkilatıdır, həmin təşkilatda 30 ölkə var. Sədrliyimiz daha iki il müddətinə uzadıldı. Ötən il Azərbaycan tamhüquqlu üzv kimi Mərkəzi Asiya dövlətlərinin Məşvərət Şurasına dəvət edildi. Burada Mərkəzi Asiya və Azərbaycan bir araya gəlir. Baxmayaraq ki, Azərbaycan Mərkəzi Asiyada yox, Qafqazda yerləşir. Biz oynadığımız rola və müxtəlif aspektlərə hörmət əlaməti olaraq ora dəvət almışıq. Bütün bu addımlar, sözün əsl mənasında, bizim beynəlxalq səhnədəki rol və potensialımızı göstərir.

Bizim müharibələrə son qoymaq təcrübəmiz də hərtərəfli şəkildə tədqiq edilməlidir".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO