Daha bir neçə şəhərlərarası müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır

Daha bir neçə şəhərlərarası müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır

Hazırda oxunan: Daha bir neçə şəhərlərarası müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır
644287
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) şəhərlərarası sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması ilə bağlı tədbirlər çərçivəsində Bakı-Şabran, Bakı-Oğuz, Bakı-Göyçay, Bakı-İsmayıllı, Bakı-Cəlilabad, Bakı-Siyəzən, Bakı-Qusar və Bakı-Xudat şəhərlərarası müntəzəm avtobus marşrutlarını müsabiqəyə çıxarır.

Məlumata görə, müsabiqə “Avtomobil nəqliyyatı haqqında” qanuna, Nazirlər Kabinetinin 3 aprel 2009-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun olaraq təşkil edilir.

Müsabiqədə Azərbaycanda qeydiyyatda olan hüquqi şəxslər və fərdi sahibkarlar iştirak edə bilərlər. Sənədlər bu gündən başlayaraq 30 gün müddətində AYNA-da (ünvan: Bakı şəhəri, Tarzən Hacı Məmmədov küçəsi, 5, əlaqələndirici şəxs: Ramil Musayev – tel.: 012-567-99-76, 055-512-34-97, e- poçt: [email protected]) qəbul ediləcək.

İddiaçıların təklifləri komissiya tərəfindən Bakı-Qusar-Bakı istiqamətində 11, Bakı-Şabran-Bakı istiqamətində 5, Bakı-Siyəzən-Bakı və Bakı-Xudat-Bakı istiqamətlərində hərəsində 3, Bakı-Cəlilabad-Bakı istiqamətində 2, Bakı-Oğuz-Bakı, Bakı-Göyçay-Bakı və Bakı-İsmayıllı-Bakı istiqamətlərində hərəsində 1 Lot üzrə baxılacaq. Lotlar üzrə marşrutların qrafikləri haqqında məlumatı buradan əldə etmək olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO