"QHT işi" üzrə ittiham olunan "Hüquq və İnkişaf" İctimai Birliyinin rəhbəri Hafiz Həsənovun barəsindəki cinayət işinə dair məhkəmə prosesi yekunlaşıb.
Bizim.Media xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrlik etdiyi son iclasda hökm oxunub, H.Həsənov 2 il müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 8 il azadlıqdan məhrum edilib.
Onun cəzası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə 3 il sınaq müddəti seçilməklə şərti hesab olunub.
Barəsində mövcud olan polis nəzarəti altına vermə qətimkan tədbiri başqa yerə getməmək iltizam qətimkan tədbiri ilə əvəzlənib.
İttihama görə, təqsirləndirilən Hafiz Həsənov rəhbərlik etdiyi QHT-də layihələr keçirmək adı ilə ABŞ-nin German Marşal Fondundan ümumilikdə 415 min dollardan artıq pul vəsaitini qrant qismində alaraq leqallaşdırıb.
O, elan olunan ittihamla bağlı özünü təqsirli bilməyib.
Qeyd edək ki, Hafiz Həsənov Cinayət Məcəlləsinin 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə mühakimə olunub. (Oxu.az)
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
12:35 / 16.09.2026
Hafiz Həsənova HÖKM OXUNDU: 400 min dollar necə leqallaşdırılıb?
Hazırda oxunan: Hafiz Həsənova HÖKM OXUNDU: 400 min dollar necə leqallaşdırılıb?
Hazırda oxunan: Hafiz Həsənova HÖKM OXUNDU: 400 min dollar necə leqallaşdırılıb?
636938
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































