Deputatdan Operativ Qərargaha ÇAĞIRIŞ: “Rusiya ilə quru sərhədləri açılmalıdır”

Hazırda oxunan: Deputatdan Operativ Qərargaha ÇAĞIRIŞ: “Rusiya ilə quru sərhədləri açılmalıdır”

63675

“Hal-hazırda Azərbaycan və Rusiya arasında gediş-gəliş üçün “Türk Hava Yolları” və “BelAvia”(Belarus) kimi alternativlər mövcuddur. Digər variantlarda da tapmaq olar. Lakin bütün bunlar çox baha başa gəlir. Azərbaycandan Moskvaya biletlər 180 dollar civarında idi. Lakin indi İstanbul və Minsk hava limanlarından istifadə qiymətlərin 4-5, bəzi hallarda isə 14-15 dəfəyə qədər artması isə nəticələnib”

Bu fikirləri Bizim.Media-ya açıqlamasında millət vəkili Razi Nurullayev bildirib.

Belə ki, Azərbaycan və Rusiya arasında birbaşa uçuşların dayanması, eyni zamanda quru yollarının da qapalı olması bir sıra çətinliklər yaradıb. Xüsusilə də, Rusiyada yaşayan çoxsaylı soydaşlarımız Azərbaycanla gediş-gəlişin təmin olunması üçün quru yollarının açılmasını tələb edirlər.

Razi Nurullayev də Azərbaycan-Rusiya quru sərhədlərinin açılmasının zərurətə çevrildiyini diqqətə çatdırıb:

“Azərbaycanda artıq karantin qaydaları yumşaldılıb və ciddi təhlükə yoxdur. Artıq bütün dünya yavaş-yavaş karantin qaydalarını yumşaldır. Belə olan halda, vətəndaşlarımızın maraqlarına görə, Azərbaycan Rusiya ilə quru sərhədlərini açsa yaxşı olar, çünki bu artıq zərurətə çevrilib. Sözügedən addım həm də ona görə də vacibdir ki, Rusiyaya tətbiq olunan sanksiyaların Azərbaycan iqtisadiyyatına da ciddi təsirləri olacaq.

Buna görə də, iqtisadiyyatımıza dəyəcək zərəri önləmək üçün, ölkələr arasındakı iqtisadi ilişgilərin dağılmaması üçün, Azərbaycan və Rusiya iş adamlarının fəaliyyətlərini davam etdirə bilmələri üçün quru sərhədlərinin açılması çox vacibdir. Turizm baxımından vacibliyi də unutmaq olmaz”.

Millət vəkili Ukraynada baş verənlərə rəğmən, vətəndaşlarımızın faydası üçün bu addımın atılmasını vacib sayıb:
 

“Ukraynada baş verən hadisələrə görə çox üzülürük. Bu müharibədən çox mütəəssir olmuşuq. Buna rəğmən həyat davam edir. Şərlə xeyir qardaşdır.


O baxımdan, nə qədər ağır olsa da, biz öz iqtisadiyyatımızı, vətəndaşlarımızın əhval-ruhiyyəsini düşünməliyik. Ona görə də, Rusiya ilə quru sərhədlərinin tez bir zamanda açılmasının vacibliyini diqqətə çatdıraraq, Operativ Qərargahın bunula bağlı qərar verməsini istəyirəm”.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO