90 km/saat sürətlə gedərkən 250 manat cərimə oluna bilərsiniz... - VİDEO

90 km/saat sürətlə gedərkən 250 manat cərimə oluna bilərsiniz... - VİDEO

Hazırda oxunan: 90 km/saat sürətlə gedərkən 250 manat cərimə oluna bilərsiniz... - VİDEO

634073

Saatda sürətinin 90 kilometr/saat olduğunu deyən sürücüyə elektron qaydada cərimə tətbiq edilib.

Hadisə paytaxda yaşayan Siyəzən rayon Sakini Elnur Aslanovun başına gəlib.

Sürücü iddia edir ki, “99-HL-216” dövlət qeydiyyat nişanlı avtomobili ilə Mərdəkan şossesində hərəkətdə olarkən, yoldakı sürətə uyğun olaraq 90-la gedirmiş.

Amma ona bir neçə dəqiqədən sonra gedəcəyi ünvana çatdıqda radara düşməsi barədə “sms” gəlib.

“Sürücü iddia edir ki, o video görüntülərdə də sürətin 154 yox, hətta 90-dan aşağı olduğu görünür”.

Elnur Aslanov hesab edir ki, radar onu texniki olaraq səhv salaraq elektron qaydada cərimə edib. O, bununla bağlı polisə də məlumat verəcəyini deyir.

Baş Dövlət Yol Polisi İdarəsindən bildiriblər ki, qeyd olunan məsələ araşdırılacaq.

Əgər vətəndaşın qeyd etdiyi xüsusat təsdiqini taparsa, bu barədə qanunamüvafiq tədbir görüləcək.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO