Müəllimlərin yerdəyişməsi üzrə müsabiqənin vakansiya seçiminin nəticələri açıqlandı

Müəllimlərin yerdəyişməsi üzrə müsabiqənin vakansiya seçiminin nəticələri açıqlandı

Hazırda oxunan: Müəllimlərin yerdəyişməsi üzrə müsabiqənin vakansiya seçiminin nəticələri açıqlandı

632804
Aprelin 28-də və mayın 2-də keçirilən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin vakansiya seçimi mərhələsinin nəticələri elan olunub.
 
Bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib.
 
Müsabiqənin vakansiya seçimi zamanı ümumilikdə 1 510 nəfər elektron yerləşdirmə nəticəsində uğur qazanıb.
 
Növbəti mərhələdə uğur qazanan namizədlərin sənədlərinin yoxlanılması prosesi həyata keçiriləcək.
 
Qeyd edək ki, uğur qazanan namizədlərin sənədləri yoxlanıldıqdan sonra uyğun namizədlər tutduqları vakansiyaya təyin olunacaq. Sənədlərin yoxlanılması prosesi ilə bağlı məlumat namizədlərin şəxsi səhifəsinə göndəriləcək.
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO