Bakıda qadın keçmiş ərini döyüb

Bakıda qadın keçmiş ərini döyüb

Hazırda oxunan: Bakıda qadın keçmiş ərini döyüb

628560

Bakıda keçmiş ərini döyən 1997-ci il təvəllüdlü Tamara Xəlilovanın (ad-soyad şərtidir) məhkəmə prosesi başa çatıb.

Bizim.Media Xitab24.az-a istinadla xəbər verir ki, hadisə Nizami rayonu ərazisində baş verib.

Belə ki, Tamara uzun müddətdir ayrıldığı ərinin yaşadığı ünvanına gələrək azyaşlı övladlarını götürmək istəyib.

Keçmiş ərinin ona etiraz edərək uşaqları verməməsi səbəbindən aralarında baş vermiş mübahisə zamanı qadın qisas almaq niyyəti ilə qəsdən zərərçəkmiş şəxsin sifətindən əli ilə zərbə endirib, onun sağlamlığına yüngül zərər vurub.
 

Zərərçəkmiş şəxs məhkəmədə ifadəsində Tamara Xəlilova ilə barışmadığını bildirsə də, uşaqlarının anasına ən yüngül cəzanın verilməsinə etiraz etmədiyini söyləyib.


Nizami Rayon Məhkəməsinin hökmünə əsasən, təqsirləndirilən qadın 1000 manat məbləğində cərimə olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO