44 yaşlı kişi ilə qeyri-rəsmi yaşayan qadın döyüldü — Səbəb

44 yaşlı kişi ilə qeyri-rəsmi yaşayan qadın döyüldü — Səbəb

Hazırda oxunan: 44 yaşlı kişi ilə qeyri-rəsmi yaşayan qadın döyüldü — Səbəb
627843
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bakının Nizami rayonunda 44 yaşlı kişinin qeyri-rəsmi münasibətdə olduğu qadına xəsarət yetirməsi ilə bağlı cinayət işinə baxılıb.

Bizim.Media “demokrat.az”a istinadla xəbər verir ki, hadisə tərəflərin birgə yaşadıqları mənzildə baş verib. 1982-ci il təvəllüdlü Aqil (ad şərtidir) qeyri-rəsmi münasibətdə olduğu Ülkərlə (ad şərtidir) mübahisə edib.
 

Araşdırma zamanı məlum olub ki, mübahisə Ülkərin Aqildən pul istəməsi səbəbindən, şəxsi münasibətlərin pozulması zəminində yaranıb. Mübahisə zamanı Aqil qisas almaq niyyəti ilə Ülkərin baş nahiyəsinə əli ilə bir dəfə zərbə vuraraq ona sağlamlığın qısa müddətə pozulmasına səbəb olan xəsarətlər yetirib.


Faktla bağlı Aqilə Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb və cinayət işi baxılması üçün Nizami Rayon Məhkəməsinə göndərilib.

Məhkəmə araşdırması zamanı Aqilin qeyri-rəsmi münasibətdə olduğu qadınla barışdığı müəyyən edilib. Bu səbəbdən Ülkər ona qarşı şikayətini geri götürüb.

Məhkəmə Aqilin barəsində olan cinayət işi üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməsi barədə qərar qəbul edib. O, cinayət məsuliyyətindən azad edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO