Göyçayda transformator PARTLADI: Yanğın baş verdi - VİDEO

Göyçayda transformator PARTLADI: Yanğın baş verdi - VİDEO

Hazırda oxunan: Göyçayda transformator PARTLADI: Yanğın baş verdi - VİDEO

627725

Göyçay rayonunda elektrik transformatoru partlayıb, yanğın baş verib.

Bizim.Media “Report.az”a istinadən xəbər verir ki, Göyçay şəhəri Nəriman Nərimanov küçəsində yerləşən doqquzmərtəbəli yaşayış binasının həyətində quraşdırılmış elektrik paylayıcısında qəfil partlayış olub.

Hadisə nəticəsində elektrik avadanlığında yanğın yaranıb.
 

Əraziyə aidiyyəti qurumların əməkdaşları cəlb olunub və yanğının daha geniş əraziyə yayılmasının qarşısı alınıb. Hadisənin başvermə səbəbi və dəymiş ziyanın həcmi araşdırılır.


İlkin məlumata əsasən, hadisə nəticəsində xəsarət alan olmayıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO