Çin ABŞ bazalarının tamölçülü maketlərini inşa etdi – MÜHARİBƏYƏ HAZIRLAŞIR?

Çin ABŞ bazalarının tamölçülü maketlərini inşa etdi – MÜHARİBƏYƏ HAZIRLAŞIR?

Hazırda oxunan: Çin ABŞ bazalarının tamölçülü maketlərini inşa etdi – MÜHARİBƏYƏ HAZIRLAŞIR?

627709

Çin ABŞ və müttəfiqlərinə məxsus strateji hərbi obyektlərin tamölçülü maketlərini tikərək genişmiqyaslı hərbi ssenarilər üzərində məşqlər keçirir.

Bizim.Media xəbər verir ki, bu barədə The Telegraph peyk görüntülərinə istinadən məlumat yayıb.
 

Məlumata görə, Çin ABŞ Hərbi Dəniz Qüvvələrinin Yaponiyadakı Yokosuka bazasının, Tayvanın Suao limanının, Taybeydəki Prezident sarayının, eləcə də ABŞ hərbi gəmilərinin tamölçülü maketlərini inşa edib. Peyk görüntülərində bu obyektlərdə raket zərbələrinin izlərinin göründüyü bildirilir.


Nəşrin yazdığına görə, Pekin bu poliqonlarda YJ-21 və YJ-17 hipersəs raketləri ilə zərbələr endirməyi, həmçinin Tayvan paytaxtına hücum ssenarilərini məşq edir.

Hərbi ekspertlər təlimlərin miqyasını indiyədək görünməmiş adlandırır və bunu eyni vaxtda Tayvan, ABŞ və Yaponiyaya ünvanlanmış mesaj kimi qiymətləndirirlər. Onların fikrincə, Çin Tayvana güc tətbiq etməyə hazır olduğunu nümayiş etdirir, ABŞ-a regiondakı əsas bazalarının həssaslığını göstərir, Yaponiyaya isə mümkün genişmiqyaslı münaqişəyə cəlb oluna biləcəyinə işarə edir.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO