
- A-
- A
- A+
Cəmiyyət
14:10 / 19.04.2023
1 dəq oxunma
BDU tələbələrinin “Eko Monitorinq” MMC-də istehsalat təcrübəsi başa çatıb
Hazırda oxunan: BDU tələbələrinin “Eko Monitorinq” MMC-də istehsalat təcrübəsi başa çatıb
626669
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq fakultəsinin Ekologiya ixtisası üzrə təhsil alan IV kurs tələbələriin “Eko Monitorinq” MMC-də istehsalat təcrübəsi başa çatıb.
BDU-dan Moderator.az-a verilən məlumata görə, tələbələr təcrübə müddətində “Eko Monitorinq” MMC-nin ixtisaslaşdığı bütün sahələrlə tanış olublar. Tələbələrə istehsal, sosial, ticarət, ictimai iaşə və digər xidmət obyektlərində qanunvericiliklə tələb olunan ekoloji normativ sənədlərin hazırlanma qaydası, aidiyyəti dövlət orqanları (qurumları) ilə razılaşdırma prosesi tədris olunub.
Onlar ətraf mühitin vəziyyətinə, insan sağlamlığına təbii və antropogen təsirlərin başvermə ehtimalı ilə yanaşı, “Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi” və digər ekoloji normativ sənədlər (Ekoloji pasport, “Təhlükəli tullantıların pasportlaşdırılması Qaydası”, Atıla Bilən Tullantı Həddi (ABTH), Buraxıla Bilən Axıntı Həddi (BBAH), “Atmosfer havasına atılan zərərli maddələrə dair” (2Tg) hesabat, rekultivasiya layihəsi və s.) barədə geniş məlumat əldə ediblər.
Təcrübə proqramının sonunda tələbələrdən Leyla Quliyeva “Eko Monitorinq” MMC-də işə qəbul olunub. Bildirilib ki, təcrübədə olan digər tələbələrin də “Eko Monitorinq” MMC-nin əməkdaşlıq etdiyi digər şirkətlərdə müvafiq sahə üzrə işlə təmin edilmələrinə dəstək göstəriləcək.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
XƏBƏR LENTİ
Bugün




























































































