İranda qadınlar motosiklet sürə biləcəklər

İranda qadınlar motosiklet sürə biləcəklər

Hazırda oxunan: İranda qadınlar motosiklet sürə biləcəklər

626630

Bu ilin avqustundan İranda qadınlara motosiklet idarə etmək üçün sürücülük vəsiqəsi veriləcək.

Bizim.Media İRNA-ya istinadən xəbər verir ki, bunu Qadın və ailə məsələləri üzrə vitse-prezident Zəhra Behruz Azər bildirib.

O, qadınlara motosiklet sürücülük vəsiqəsinin verilməsinə heç bir dini, hüquqi və ya qanunvericilik məhdudiyyətinin olmadığını vurğulayaraq deyib:

"Son məlumatlara əsasən, ümid edirik ki, qadınlara motosiklet sürücülük vəsiqəsinin verilməsi avqustda başlayacaq".
 

Behruz Azər qeyd edib ki, hazırda İranda pilot və ya ağır texnika sürücüsü kimi çalışan qadınlar var, motosikletlər isə hamının istifadə etdiyi nəqliyyat vasitəsidir.


Xatırladaq ki, İranda qadınların motosiklet sürməsi qadağan idi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO