Direktorların işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinə iyulun 22-dən start veriləcək.
Bu barədə Bizim.Media-ya Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) məlumat verilib.
Müsahibələr ilkin olaraq şagird sayı 500-dək olan müəssisələr üzrə şəhər və regional təhsil idarələri tərəfindən həyata keçiriləcək.
Namizədlərin müsahibə mərhələsinə dəvəti müsabiqə qaydalarına uyğun olaraq ardıcıllıq əsasında, uyğun namizəd müəyyən edilənədək təşkil olunacaq.
Namizədlər liderlik və strateji idarəetmə, pedaqoji və tədris, idarəçilik və təşkilatçılıq, ünsiyyət və əlaqə, problemlərin həlli və qərarvermə, rəqəmsal və texnoloji, sosial və emosional bacarıqlar olmaqla 7 meyar üzrə komissiya üzvləri tərəfindən qiymətləndiriləcək.
Müsahibə mərhələsinə dəvətlə bağlı məlumatlar mərhələli şəkildə namizədlərin şəxsi səhifələrinə göndərilir. Şəxsi səhifənizi mütəmadi olaraq izləməyiniz tövsiyə olunur.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
17:40 / 21.07.2026
Direktorların işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi BAŞLAYIR
Hazırda oxunan: Direktorların işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi BAŞLAYIR
Hazırda oxunan: Direktorların işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi BAŞLAYIR
626653
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































