Küveyt İranın raket hücumları barədə MƏLUMAT YAYDI

Küveyt İranın raket hücumları barədə MƏLUMAT YAYDI

Hazırda oxunan: Küveyt İranın raket hücumları barədə MƏLUMAT YAYDI
626667
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İranın endirdiyi zərbələr nəticəsində Küveytin bir neçə enerji və su infrastrukturu obyekti zədələnib.

Bizim.Media xəbər verir ki, bu barədə ölkənin Elektrik Enerji, Su Resursları və Bərpa Olunan Enerji Nazirliyinə istinadən "The Times Kuwait" portalı məlumat yayıb.

Qeyd olunur ki, hücumlar nəticəsində bir neçə obyektdə yanğın baş verib. Yanğınlar tamamilə söndürülüb. İranın zərbələri nəticəsində xəsarət alanlar barədə məlumat verilmir.
 

İyulun 21-də İranın IRNA informasiya agentliyi ölkənin mətbuat xidmətinə istinadən xəbər verib ki, Küveytdəki ABŞ-yə məxsus "Əhməd əl-Cabir" aviasiya bazasına endirilən zərbələr zamanı uzaqmənzilli radar obyekti, peyk rabitəsi və qəbulu mərkəzi, raketdən müdafiə radarı və "MQ9" pilotsuz uçuş aparatlarının anqarı məhv edilib.


Bundan əvvəl İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-nin Küveyt və Bəhreyndəki hərbi obyektlərinə bir neçə mərhələdə pilotsuz uçuş aparatları və raketlərlə silsilə zərbələr endirdiyini bəyan etmişdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO