Rusiya cəbhədə geri çəkildi: ərazi itkiləri artır

Rusiya cəbhədə geri çəkildi: ərazi itkiləri artır

Hazırda oxunan: Rusiya cəbhədə geri çəkildi: ərazi itkiləri artır

626599

Keçən həftə ərzində Ukrayna Müdafiə Qüvvələri Rusiyanın işğalında olan ən azı 21 kvadratkilometr ərazini azad edib.

Bizim.Media xəbər verir ki, bu barədə "DeepState" layihəsinin təhlilində qeyd olunub.

Hesablamalara görə, bir həftə ərzində Rusiya Ukraynanın cənubunda 43,4 kv. km ərazi itirib.

Eyni zamanda, işğalçı qüvvələr Kramatorsk istiqamətində 116 kv. km, Pokrovsk və Konstantinovka rayonlarında 9,1 kv. km, Slavyansk yaxınlığında isə 1,7 kv. km ərazini işğal edə biliblər. Beləliklə, Rusiyanın nəzarət etdiyi ümumi ərazinin xalis azalması 21 kv. km təşkil edib.

Müəlliflər bu rəqəmləri 2023-cü ilin sentyabrından bəri işğalçılar üçün ən böyük həftəlik ərazi itkisi adlandırıblar.

Məlumata görə, iyulun 14-də Ukrayna ordusu Dnepropetrovsk vilayətinin sərhədində yerləşən Maliyevka, Siçneve, Novoqeorqiyevka və Zaporojye yaşayış məntəqələri istiqamətində irəliləyib.

Təhlilçilərin fikrincə, bu, Müdafiə Qüvvələrinin hələ may ayında başladığı və bir həftədə Rusiyanın nəzarətindəki ərazinin 19,1 kv. km azaldığı əks-hücum əməliyyatlarının davamıdır.

Qeyd edək ki, İyulun 14-də Ukrayna qüvvələrinin Dnepropetrovsk vilayətinin Sinelnikovo rayonundakı dörd kənd yaxınlığında rusları geri oturtduğu bildirilsə də, iyulun 17-də və 18-də Rusiya qoşunlarının Donetsk vilayətinin İvanopolye, Pazeno və Rodinskoye kəndləri istiqamətində cüzi cəbhə irəliləyişləri qeydə alınıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO