“Mənzil dələduzları”na HÖKM OXUNDU

“Mənzil dələduzları”na HÖKM OXUNDU

Hazırda oxunan: “Mənzil dələduzları”na HÖKM OXUNDU
626604
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

MİDA-dan güzəştli şərtlərlə mənzil almaq adı ilə vətəndaşlara qarşı külli miqdarda dələduzluq etməkdə təqsirləndirilən Anar Həziyev, Rasim Əliyev, Şəmsiyyə İsmayılova və Ruslan Həsənovun cinayət işi üzrə məhkəmə keçirilib.

Bizim.Media xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəxri Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Şəmsiyyə İsmayılova, Rasim Əliyev və Anar Həziyev 6 il, Ruslan Həsənov isə 7 il müddətinə azadlıqdan məhrum edilib.
 

Qeyd edək ki, ittihama görə, Şəmsiyyə İsmayılova Anar Həziyev, Rasim Əliyev və Ruslan Həsənovla birlikdə vətəndaşlara MİDA-dan güzəştli şərtlərlə mənzil almaq adı ilə yalan vəd verib və onlardan külli miqdarda pul alaraq mənimsəməklə dələduzluqda təqsirləndirilirlər.


Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Ümumi dəymiş ziyan isə 240 min manatdan artıqdır. (Apa.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO