Pezeşkian İranın daxilində danışıqlarla bağlı yanlış şərh verənləri tənqid etdi

Pezeşkian İranın daxilində danışıqlarla bağlı yanlış şərh verənləri tənqid etdi

Hazırda oxunan: Pezeşkian İranın daxilində danışıqlarla bağlı yanlış şərh verənləri tənqid etdi

626634

İran Prezidenti Məsud Pezeşkian Tehranda sənayeçilərlə keçirilən tədbirdə cari məsələlərlə bağlı açıqlamalar verib.

Bizim.Media “Anadolu” agentliyinin İrandakı müxbirinin məlumatına istinadla xəbər verir ki, danışıqlar haqqında şərh verən səriştəsizləri tənqid edən Pezeşkian bildirib:

“Danışıqlar haqqında açıqlamalar və qeyri-dəqiq iddialar nailiyyətləri azaldır. Birlik və həmrəylik cəmiyyətin ən vacib komponentləridir. Həddindən artıq radikal açıqlamalar ilə göstərilən səyləri görməzdən gələ bilmərik”.

Pezeşkian, həmçinin danışıqların işıqlandırılması ilə bağlı tez-tez tənqid etdiyi dövlət televiziyası haqqında da danışıb.

Dövlət televiziyasının danışıqları senzura etdiyini vurğulayan İran Prezidenti deyib:

“Dövlət televiziyası Ali Liderin bəyanatlarının yalnız danışıqlarla əlaqəsi olmayan hissələrini yayımlayır. Lakin Ali Liderlə şəxsi görüşümüzdə o, bu vəziyyətin (nə müharibə, nə də sülh) bitməli olduğunu vurğulayıb. Məhz buna görə də danışıqlara başladıq. Diplomatik vasitələrimiz İran xalqının hüquqlarını pozmayacaq”.

Pezeşkian, həmçinin qeyd edib ki, düşmənlər ölkədə daxili repressiyaları artırmaq və sosial birliyi sarsıtmaq üçün genişmiqyaslı müharibəyə başlayıb, lakin istehsalçıların və sənayeçilərin səyləri sayəsində onlar bu məqsədə çata bilməyiblər və müharibə əvəzinə dialoqa müraciət etmək məcburiyyətində qalıblar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO