Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerovun ABŞ-da səfir təyin olunacağı ehtimal edilir.
Bizim.Media xəbər verir ki, bu barədə LIGA nəşri Prezident Ofisindəki mənbələrə istinadən məlumat yayıb.
Mənbələrin sözlərinə görə, Umerovun beynəlxalq danışıqlarda və müdafiə sahəsində əldə etdiyi təcrübə onun Vaşinqtondakı səfir postuna əsas namizədlərdən biri olmasına səbəb olub.
Bununla belə, yekun qərarın hələ qəbul edilmədiyi bildirilir.
Qeyd edək ki, bu iddialar Prezident Volodimir Zelenskinin İqor Klimenkonu Milli Təhlükəsizlik və Müdafiə Şurasının yeni katibi təyin etməsindən sonra gündəmə gəlib.
Xatırladaq ki, Ukraynanın sabiq Baş Komandanı Valeri Zalujnı vəzifəsindən azad olunduqdan sonra Böyük Britaniyaya səfir göndərilmişdi.
Bizim.Media

- A-
- A
- A+
Dünya
17:33 / 21.07.2026
Umerovu da Zalujnının aqibəti GÖZLƏYİR
Hazırda oxunan: Umerovu da Zalujnının aqibəti GÖZLƏYİR
Hazırda oxunan: Umerovu da Zalujnının aqibəti GÖZLƏYİR
626645
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































