Bakıda İLK “Ambucycle” xidmətə başlayır - Feldşerlər idarə edəcək – FOTO

Bakıda İLK “Ambucycle” xidmətə başlayır - Feldşerlər idarə edəcək – FOTO

Hazırda oxunan: Bakıda İLK “Ambucycle” xidmətə başlayır - Feldşerlər idarə edəcək – FOTO
626613
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Təcili tibbi yardım xidmətinin operativliyinin artırılması, xüsusilə nəqliyyat sıxlığının müşahidə olunduğu ərazilərdə və pik saatlarda vətəndaşlara daha çevik ilkin tibbi yardımın göstərilməsi məqsədilə TƏBİB tərəfindən yeni “Ambucycle” xidmət modelinin tətbiqinə başlanılıb.

Bu barədə Bizim.Media-ya TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, ökədə ilk dəfə olaraq motosikletlərin təcili tibbi yardım xidmətinə cəlb olunduğu bu model hadisə yerinə daha qısa müddətdə çatmağı və həyati əhəmiyyət daşıyan ilk dəqiqələrdə tibbi müdaxilənin göstərilməsini hədəfləyir. Xidmət modeli ilkin mərhələdə pilot olaraq Bakı şəhərində tətbiq olunacaq.
 

“Ambucycle” zəruri tibbi avadanlıq və ləvazimatlarla təchiz olunmuş, xüsusi hazırlıq keçmiş feldşer tərəfindən idarə olunur. Motosiklet briqadası hadisə yerində ürək-ağciyər reanimasiyası (BLS və ALS), ürəyin qapalı masajı, defibrilyasiya, ağrının aradan qaldırılması, sınıqlar zamanı immobilizasiya və digər təxirəsalınmaz tibbi müdaxilələri həyata keçirmək imkanına malikdir.


Zərurət yarandıqda isə pasiyentin vəziyyətinə uyğun olaraq tamtəchizatlı təcili tibbi yardım briqadasının hadisə yerinə cəlb olunmasını koordinasiya edir.

Feldşerlər İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının Tədris-Simulyasiya və Akkreditasiya Mərkəzində, Yeni Klinikada, eləcə də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzində müvafiq nəzəri və praktiki təlimlərdən keçiblər.

Motosiklet briqadası hadisə yerində ürək-ağciyər reanimasiyası (BLS və ALS), ürəyin qapalı masajı, defibrilyasiya, ağrının aradan qaldırılması, sınıqlar zamanı immobilizasiya və digər təxirəsalınmaz tibbi müdaxilələri həyata keçirmək imkanına malikdir. Zərurət yarandıqda isə pasiyentin vəziyyətinə uyğun olaraq tamtəchizatlı təcili tibbi yardım briqadasının hadisə yerinə cəlb olunmasını koordinasiya edir.

Bakıda İLK “Ambucycle” xidmətə başlayır - Feldşerlər idarə edəcək – FOTO - foto 1
Bakıda İLK “Ambucycle” xidmətə başlayır - Feldşerlər idarə edəcək – FOTO - foto 2

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO