Şabranda jurnalistlərlə ilk görüş keçirilib – FOTO/VİDEO

Şabranda jurnalistlərlə ilk görüş keçirilib – FOTO/VİDEO

Hazırda oxunan: Şabranda jurnalistlərlə ilk görüş keçirilib – FOTO/VİDEO
626612
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

22 iyul – Milli Mətbuat Günü münasibətilə Şabran Rayon İcra Hakimiyyətində bölgədə fəaliyyət göstərən media nümayəndələri ilə görüş keçirilib.

Bizim.Media xəbər verir ki, bu, Şabran rayonunda jurnalistlərlə yeni rəhbərlik səviyyəsində keçirilən ilk görüş olub.

Görüşü giriş sözü ilə açan Şabran Rayon İcra Hakimiyyətinin başçısı Asif Hüseynov ölkədə medianın inkişafına göstərilən diqqət və qayğıdan, eləcə də Prezident İlham Əliyevin media nümayəndələri ilə sıx əməkdaşlıq və ünsiyyətindən danışıb.
 

Tədbirdə çıxış edən media nümayəndələri – İctimai TV-nin Şimal bölgəsi üzrə müxbiri Ramiz Ramazanov və Bizim.Media-nın Şimal bölgəsi üzrə müxbiri Aytəkin Alxaslı göstərilən diqqət və xoş münasibətə görə rayon rəhbərliyinə təşəkkürlərini bildiriblər.


Görüşün sonunda Milli Mətbuat Günü münasibətilə media nümayəndələri Şabran Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı və hədiyyələrlə təltif olunublar. Təltif edilənlər sırasında Bizim.Media-nın əməkdaşı Aytəkin Alxaslı da yer alıb.


Şabranda jurnalistlərlə ilk görüş keçirilib – FOTO/VİDEO - foto 1
Şabranda jurnalistlərlə ilk görüş keçirilib – FOTO/VİDEO - foto 2
Şabranda jurnalistlərlə ilk görüş keçirilib – FOTO/VİDEO - foto 3
Şabranda jurnalistlərlə ilk görüş keçirilib – FOTO/VİDEO - foto 4
Şabranda jurnalistlərlə ilk görüş keçirilib – FOTO/VİDEO - foto 5

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO