Ev tikdirənlər üçün vacib məsləhət:Pulu əvvəlcədən verməyin, yoxsa...

Ev tikdirənlər üçün vacib məsləhət:Pulu əvvəlcədən verməyin, yoxsa...

Hazırda oxunan: Ev tikdirənlər üçün vacib məsləhət:Pulu əvvəlcədən verməyin, yoxsa...

626587

Fərdi yaşayış evi tikdirmək istəyən vətəndaşların bir qismi bu işi tikinti şirkətlərinə həvalə etməyə üstünlük verir.

Bəs bu seçim nə dərəcədə etibarlıdır və hansı risklər mövcuddur?

Bizim.Media xəbər verir ki, mövzu ilə bağlı “konkret.az”a danışan əmlak eksperti Elnur Azadovun sözlərinə görə, tikinti şirkətləri ilə işləyərkən müəyyən risklər qaçılmazdır:

“Qüvvədə olan tənzimləmə mexanizmlərinə əsasən, fərdi ev tikintisi zamanı vətəndaşlar adətən təcrübəli tikinti xidmətlərindən istifadə etməyə məcbur qalırlar. Bu isə bir tərəfdən işin daha peşəkar görülməsinə şərait yaratsa da, digər tərəfdən əlavə risklər formalaşdırır.

Tikinti şirkəti ilə əməkdaşlıq zamanı mütləq müqavilə bağlanılır və xidmət haqqı ödənilir. Lakin bundan sonra sifarişçi faktiki olaraq şirkətdən asılı vəziyyətə düşür.

Vətəndaş tam şəkildə tikinti şirkətindən asılı vəziyyətə düşdükdə, bəzi hallarda şirkətlər bundan sui-istifadə edə bilirlər. Bu cür halların qarşısını almaq isə hər zaman asan olmur”, – deyə Elnur Azadov vurğulayıb.

Əmlak eksperti hesab edir ki, vətəndaşlar riskləri minimuma endirmək üçün tikinti şirkətlərinə ödənişləri mərhələli şəkildə həyata keçirməli, əvvəlcədən böyük məbləğlər ödəməkdən çəkinməlidirlər.

Onun fikrincə, işlərin icra vəziyyətinə uyğun olaraq hissə-hissə ödəniş edilməsi həm sifarişçinin maraqlarını qoruyur, həm də mümkün sui-istifadə hallarının qarşısını almağa imkan verir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO