Hacıqabul Sənaye Parkında istehsal olunan avtomobil modelləri – SİYAHI – FOTO

Hacıqabul Sənaye Parkında istehsal olunan avtomobil modelləri – SİYAHI – FOTO

Hazırda oxunan: Hacıqabul Sənaye Parkında istehsal olunan avtomobil modelləri – SİYAHI – FOTO

626580

Hacıqabul Sənaye Parkında Özbəkistan şirkətlərii ilə əməkdaşlıq çərçivəsində 11 mindən çox nəqliyyat vasitəsi istehsal olunub.

Bizim.Media xəbər verir ki, İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Hacıqabul Sənaye Parkında Azərbaycan-Özbəkistan sənaye əməkdaşlığı çərçivəsində avtomobil istehsalı uğurla davam etdirilir.

Hacıqabul Sənaye Parkının rezidenti olan “Azərmaş CP” MMC tərəfindən Özbəkistanın “UzAvtoSanoat” SC ilə əməkdaşlıq çərçivəsində bu günədək ümumilikdə 10700-dən çox “Chevrolet” markalı avtomobil istehsal edilib.

İstehsal olunan avtomobillər arasında “Labo”, “Damas”, “Malibu”, “Lacetti”, “Tracker”, “Cobalt”, “Nexia”, “Spark”, “Traverse”, “Tahoe”, “Equinox”, “Onix” və “Captiva” modelləri yer alır.

Bununla yanaşı, sənaye parkında “Azərmaş Park” MMC tərəfindən Özbəkistanın “SamAvto” şirkəti ilə əməkdaşlıq çərçivəsində, pikap, yük avtomobili və avtobuslar olmaqla 300-dən artıq “ISUZU” markalı nəqliyyat vasitəsi istehsal olunub.

Sənaye Parkında həyata keçirilən birgə layihələr ölkədə avtomobil sənayesinin inkişafına, yerli istehsalın genişləndirilməsinə, məşğulluğun və ixrac potensialının artırılmasına töhfə verir.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO