Pentaqon İranla müharibənin xərcini qarşılaya bilmir - Ehtiyatlar tükənir

Pentaqon İranla müharibənin xərcini qarşılaya bilmir - Ehtiyatlar tükənir

Hazırda oxunan: Pentaqon İranla müharibənin xərcini qarşılaya bilmir - Ehtiyatlar tükənir
626675
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Pentaqon İranla müharibə səbəbindən ciddi büdcə kəsiri ilə üzləşib və bəzi kritik xərc maddələri yaxın həftələrdə maliyyələşmədən məhrum ola bilər.

Bizim.Media xəbər verir ki, bu barədə "The Washington Post" qəzeti hazırkı və keçmiş amerikalı rəsmilərə istinadən məlumat yayıb.

Hərbi Dəniz Qüvvələri və Hərbi Hava Qüvvələrinin cari əməliyyatlarını əhatə edən 2026-cı il büdcəsinin bir hissəsi iyulun sonuna qədər tükənə bilər.

Oktyabrın 1-nə qədər tab gətirmək üçün Pentaqon artıq vəsaitləri yenidən bölüşdürür: təlimlər ləğv edilir, döyüş hazırlığının qorunması üçün zəruri olan avadanlıq, məşqlər və texniki xidmət xərcləri azaldılır.
 

Ağ Ev hərbi xərcləri qarşılamaq üçün Konqresdən 67 milyard dollar istəyib. Bu gün müdafiə naziri Pit Heqset və Qərargah Rəisləri Komitəsinin sədri general Den Keyn bu tələbi əsaslandırmaq üçün Senatda çıxış edəcəklər. Lakin Nümayəndələr Palatası avqustun sonuna qədər tətilə çıxdığı üçün maliyyələşməni sentyabrdan əvvəl təsdiqləməsi çətin görünür.


Bundan əlavə, Pentaqon təlim və satınalmalar üçün nəzərdə tutulmuş 4,3 milyard dolların daha təxirəsalınmaz ehtiyaclara yönəldilməsi üçün Konqresdən icazə istəyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO