Xəbər verdiyimiz kimi, “tiktok”er İlduzə Hacıyevanın (Arzum) cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.
Hökmə əsasən, Arzum cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkmək şərti ilə 5 il 2 ay azadlıqdan məhrum edilib. Tiktoker məhkəmə zalında həbs edilib.
Bizim.Media xəbər verir ki, qəzada dünyasını dəyişən Amal Məlikovun bacısı sosial mediada paylaşım edib.
O bildirib ki, Arzum ilə heç bir barışıqdan söhbət gedə bilməz:
“Məhkəmə qərarından sonra müxtəlif şəxslər tərəfindən ailəmizlə əlaqə saxlamaq, evimizə gəlmək, “barışıq” istəmək və yalvarmaq kimi cəhdlərin edildiyini, sosial şəbəkələrdə bu barədə çağırışların olunduğunu görürük. Heç kim ailəmizə və yaxınlarımıza müraciət etməsin. Heç bir barışıq olmayacaq. Qəzadan sonra mərhuma və ailəmizə qarşı edilən təhqirlərdən sonra bu, artıq mümkün deyil”.
O qeyd edib ki, cəza müddətinin artırılması ilə bağlı şikayət verəcəklər:
“Amalın anası yataq xəstəsidir və səhhəti ağırdır. Yaxın günlərdə Bakı Apellyasiya Məhkəməsinə cəza müddətinin artırılması ilə bağlı şikayət verəcəyik. Hüquqi mübarizəmiz sonadək davam edəcək”.

Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
14:27 / 03.07.2026
Amalın bacısı -“Heç bir barışıq olmayacaq, cəzanın artırılmasını istəyirik” - FOTO
Hazırda oxunan: Amalın bacısı -“Heç bir barışıq olmayacaq, cəzanın artırılmasını istəyirik” - FOTO
Hazırda oxunan: Amalın bacısı -“Heç bir barışıq olmayacaq, cəzanın artırılmasını istəyirik” - FOTO
623066
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




























































































