Silahı gizlətməyin, polisə təhvil verin! – ÇAĞIRIŞ

Silahı gizlətməyin, polisə təhvil verin! – ÇAĞIRIŞ

Hazırda oxunan: Silahı gizlətməyin, polisə təhvil verin! – ÇAĞIRIŞ

618165

İyunun 8-də polis əməkdaşları tərəfindən paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 5 avtomat silahı, 3 tapança, 1 qumbara, 6 tüfəng, 2 patron darağı və 100 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb.

Bizim.Media xəbər verir ki, Daxili İşlər Nazirliyi vətəndaşlara qanunsuz saxlanılan odlu silah-sursatları könüllü qaydada polis orqanlarına təhvil verməyin bir daha vacibliyini xatırladaraq çağırış edib.

“Qanunsuz saxlanılan silah və sursatlar bədbəxt hadisələrə, ağır cinayətlərə və insan həyatı üçün ciddi təhlükələrə səbəb ola bilər. Vətəndaşlardan belə hallarla qarşılaşdıqda dərhal polisə məlumat vermələri və ictimai təhlükəsizliyin təmin olunmasına dəstək göstərmələri xahiş edilir.

Qanunvericiliyə əsasən, qanunsuz saxlanılan odlu silah və sursatları könüllü qaydada polis orqanlarına təhvil verən şəxslər müvafiq məsuliyyətdən azad olunurlar”, - müraciətdə bildirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO