Bakıda atasını öldürən oğulu babası və nənəsi BAĞIŞLADILAR

Bakıda atasını öldürən oğulu babası və nənəsi BAĞIŞLADILAR

Hazırda oxunan: Bakıda atasını öldürən oğulu babası və nənəsi BAĞIŞLADILAR

617030

Bakıda atasını qətlə yetirməkdə təqsirləndirilən Ayxan Vəlizadənin barəsindəki cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.

Bizim.Media “oxu.az”a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Eldar İsmayılovun sədrliyi ilə keçirilən iclasda zərərçəkənin hüquqi varisi və atası Ümid Vəlizadə şahid kimi ifadə verib:

"Ölən oğlumdur, öldürən də nəvəm. Söz deməyə çətinlik çəkirəm. Onu bilirəm ki, bu uşaq günahsız yerə burdadır.

Hadisə tam təsadüf nəticəsində baş verib. Oğlumun ailəsində bəzən ailədaxili münaqişələr olurdu, ancaq məsələnin haçansa bu yerə çatacağını heç kəs bilmirdi. Mənim nəvəmə qarşı hər hansı bir iddiam yoxdur və ondan şikayətçi də deyiləm".
 

Daha sonra şahid qisminə zərərçəkənin anası Firənaz Vəlizadə ifadə vermək üçün kürsüyə dəvət olunsa da kövrəldiyindən danışa bilməyib. O, sadəcə nəvəsindən şikayətçi olmadığı barədə məhkəməyə ərizə təqdim edib.


Qeyd edək ki, hadisə 2025-ci ilin dekabrında Sabunçu rayonunun Ramana qəsəbəsi, "Gülçülük Sovxozu" ərazisində baş verib. Qəsəbə sakini, 1981-ci il təvəllüdlü İftixar Vəlizadənin yaşadığı mənzildə qətlə yetirilməsi ilə bağlı polisə məlumat daxil olub.

İlkin araşdırmalarla İ.Vəlizadənin 2006-cı il təvəllüdlü oğlu Ayxan Vəlizadə tərəfindən kəsici alətlə xəsarət yetirilərək öldürülməsinə əsaslı şübhələr müəyyən olunub, o, təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilib.

A.Vəlizadə barəsində CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO