Günəşdə ardıcıl PARTLAYIŞLAR - Getdikcə daha da güclənir...

Günəşdə ardıcıl PARTLAYIŞLAR - Getdikcə daha da güclənir...

Hazırda oxunan: Günəşdə ardıcıl PARTLAYIŞLAR - Getdikcə daha da güclənir...

616973

İyunun 3-nə keçən gecə Günəşdə M9.3 sinifli güclü partlayış qeydə alınıb. Bu, 2026-cı il aprelin 24-dən bəri müşahidə olunan ən güclü Günəş partlayışı hesab olunur.

Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası məlumat yayıb.

Bildirilib ki, partlayış Moskva vaxtı ilə saat 04:36-da baş verib. Onun maksimal X sinfinə çatmasına cəmi 7 faiz qalıb. Müqayisə üçün qeyd olunub ki, aprelin 24-də Günəşdə bir gün ərzində iki X sinifli partlayış qeydə alınmışdı.
 

Mütəxəssislərin sözlərinə görə, iyunun 2-də, günün ikinci yarısından etibarən Günəş aktivliyi sürətlə artmağa başlayıb. Həmin vaxtdan bəri təxminən hər yeddi saatdan bir yeni partlayışlar müşahidə olunur və onların gücü tədricən yüksəlir.


Alimlər yaxın saatlarda maksimal gücə malik X sinifli yeni partlayışın baş verə biləcəyini də istisna etmirlər.

Qeyd olunur ki, partlayış Günəş diskinin Yerə ən yaxın görünən mərkəzi hissəsində baş verib. Belə mövqe güclü plazma atılmaları zamanı Yer üçün daha riskli hesab edilir.

Lakin hazırkı müşahidələr Yer istiqamətində əhəmiyyətli plazma axınının qeydə alınmadığını göstərir.

Bu səbəbdən mütəxəssislər belə qənaətə gəliblər ki, hələlik hadisə Yerin infrastrukturu və insanların sağlamlığı üçün ciddi təhlükə yaratmır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO