Rubio: TRIPP Azərbaycanla Ermənistan üçün yeni rifah marşrutudur

Rubio: TRIPP Azərbaycanla Ermənistan üçün yeni rifah marşrutudur

Hazırda oxunan: Rubio: TRIPP Azərbaycanla Ermənistan üçün yeni rifah marşrutudur

617062

TRIPP layihəsinin həyata keçirilməsi Azərbaycan və Ermənistan üçün mühüm perspektivlər yaradacaq.

Bizim.Media xəbər verir ki, bu barədə dövlət katibi Marko Rubio Konqresin Nümayəndələr Palatasının Xarici İşlər Komitəsində çıxışı zamanı danışıb.

Rubio bildirib ki, son 16-17 ay ərzində Dövlət Departamentinin fəaliyyəti həm mühüm diplomatik nailiyyətlərlə, həm də mürəkkəb beynəlxalq problemlərlə müşayiət olunub.
 

Onun sözlərinə görə, Azərbaycan və Ermənistan arasında uzun illər davam edən qarşıdurma artıq başa çatıb və bu proses hər iki ölkə üçün yeni imkanlar vəd edən TRIPP layihəsinin yaradılmasını nəzərdə tutan memorandumun imzalanması ilə yekunlaşıb.


“Bu memorandum mənim tərəfimdən imzalanıb və o, Azərbaycanla Ermənistan üçün əhəmiyyətli iqtisadi və nəqliyyat imkanları formalaşdıracaq yeni rifah marşrutunun əsasını qoyur”, - deyə Rubio vurğulayıb. (apa.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO