Bu şəxslər rüsumdan azad edilə bilər – Evliliklə bağlı YENİ TƏKLİF

Bu şəxslər rüsumdan azad edilə bilər – Evliliklə bağlı YENİ TƏKLİF

Hazırda oxunan: Bu şəxslər rüsumdan azad edilə bilər – Evliliklə bağlı YENİ TƏKLİF

616809

Ölkəmizdə boşanmalar zaman məhkəmədə qaldırılan iddiaların böyük hissəsini əmlak bölgüsü və aliment məbləğinin təyinatı təşkil edir.

Bu kimi məsələlərin məhkəmədə deyil, tərəflər arasında həll edilməsi üçün isə Azərbaycan Respublikasının qanunvericiliyində nikah müqaviləsi sazişi  nəzərdə tutulub. Məcburi olmasa da, bu müqavilənin nikahdan öncə və nikah dövründə bağlanması tərəflərin müəyyən vəzifə və öhdəliklərini müəyyənləşdirmək üçün əhəmiyyətli hesab olunur. Yuxarıda qeyd etdiyimiz kimi, xüsusilə, boşanma halları zamanı nikah müqaviləsinin öncədən olması tərəflər arasındakı bir çox ziddiyyətli məsələni həll etməyə daha əlverişli imkan yaradır.

Maraqlıdır ki, bu sazişin məcburi qaydada icrası mümkündürmü?

Bizim.Media-ya açıqlamasında hüquqşünas Ruslan Mustafayev bildirib ki, dünya təcrübəsində nikah sazişinin  bağlanması könüllülük əsasında aparılır və şəxslər buna məcbur edilmir:

“Azərbaycan Respublikasının qanunvericiliyində nikah müqaviləsinin bağlanması nəzərdə  tutulsa da, bu, məcburi deyil. Çünki Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə görə, müqavilənin bağlanması iradə ifadəsidir. Yəni, heç bir heç kəs bu müqavilənin bağlanmasına məcbur edilə bilməz. Ümumiyyətlə, dünya təcrübəsində belədir ki, nikah sazişinin  bağlanması könüllülük əsasında aparılır və şəxslər buna məcbur edilmir.

Əslində, nikahdan əvvəl nikah müqaviləsinin bağlanması gələcəkdə nikah ləğv olunduqda boşanan zaman yaranan problemlərin həllini asanlaşdırır. Ancaq təcrübədə vətəndaşlar ailə quran zaman nikah müqaviləsinin bağlanmasına meyil göstərmirlər”.

Onun sözlərinə görə, məcburi qaydada deyil, təşviqedici addımlarla bu istiqamətdə nəticə əldə etmək olar:
 

“Digər tərəfdən, nikah müqaviləsi barədə əksəriyyət o qədər məlumatlı deyil. Məlumatlı olanlar isə sazişin bağlanmasını təklif etməkdə çəkinir və ya utanır. Düşünürlər ki, heç kim ailə quran zaman boşanma haqda fikirləşmir. Bu da nikah müqaviləsinin bağlanmasına mane olan haldır.


Ümumiyyətlə, nikaha daxil olan şəxslər bu barədə bilgiləndirilməlidirlər. Cütlükləri nikah müqaviləsinə təşviq etmək lazımdır. Məsələn, nikah müqaviləsi bağlayan şəxslərin nikah zananı rüsumların müəyyən hissəsindən azad olunması təşviqedici addım ola bilər. Çünki bu gün isə nikah müqaviləsinin bağlanmaması əmlak və aliment məsələlərinin məhkəmədə həll olunmasına gətirib çıxarır”.

Naibə Məmmədova, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO