
- A-
- A
- A+
Region
18:24 / 03.06.2026
Paşinyan nə qədər cəhd etsə də, göyərçini uçura bilmədi - VİDEO
Hazırda oxunan: Paşinyan nə qədər cəhd etsə də, göyərçini uçura bilmədi - VİDEO
617025
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Ermənistanın baş naziri Nikol Paşinyan seçkiöncəsi təşviqat kampaniyası zamanı iki dəfə cəhd etməsinə baxmayaraq, sülh göyərçinini göyə uçura bilməyib.
Bizim.Media xəbər verir ki, sözügedən görüntülər "Facebook" hesabında canlı yayımlanıb.
Geğarkunik vilayətində seçicilərlə görüş zamanı Paşinyana mövcud hökumətin dövründə bərqərar olacaq sülhün rəmzi olaraq göyə göyərçin uçurmaq təklif edilib. Lakin ilk cəhd zamanı quş baş nazirə geri qayıdıb, ikinci cəhddə isə yerə çırpılıb.
Paşinyan göyərçini yerdən götürərək əlinə qondurub və quşun özünün uçacağına ümid edib.
Lakin göyərçin yerindən tərpənməyib və nəticədə Paşinyan quşu sahibinə qaytarıb.
Qeyd edək ki, Ermənistanda parlament seçkiləri iyunun 7-də keçiriləcək.
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


























































































