
- A-
- A
- A+
İdman
00:10 / 04.06.2026
Azərbaycanın minifutbol millisi Avropa çempionatının finalına YÜKSƏLDİ
Hazırda oxunan: Azərbaycanın minifutbol millisi Avropa çempionatının finalına YÜKSƏLDİ
617082
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Minifutbol üzrə Azərbaycan milli komandası Slovakiyada keçirilən Avropa çempionatında final mərhələsinə vəsiqə qazanıb.
Bizim.Media xəbər verir ki, baş məşqçi Elşad Quliyevin rəhbərlik etdiyi yığma yarımfinalda Serbiya millisini məğlub edib.
“Tipos Arena”da keçirilən görüşün əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. Komandanın heyətində Xətai Bağırov fərqlənib.
Qalibin müəyyənləşməsi üçün penaltilər seriyasına ehtiyac yaranıb. Bu mərhələdə daha dəqiq oynayan Azərbaycan millisi finala vəsiqəni təmin edib.
Yığma final qarşılaşmasında Ukrayna ilə üz-üzə gələcək. Oyun iyunun 4-də keçiriləcək.
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































