Hesabına 21,8 milyard köçüb, istifadə edə bilmir

Hesabına 21,8 milyard köçüb, istifadə edə bilmir

Hazırda oxunan: Hesabına 21,8 milyard köçüb, istifadə edə bilmir

616982

Türkiyənin Van şəhərində yaşayan 32 yaşlı Azərbaycan əsilli Əhməd Cahangard Takalonun bank hesabında mənbəyi məlum olmayan təxminən 1 trilyon türk lirəsi (təxminən 21,8 milyard dollar) vəsait aşkarlanıb.

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyənin NTV telekanalı məlumat yayıb.

Məlumata görə, Azərbaycanda doğulan və təxminən 10 ildir Türkiyədə məskunlaşan Takalo marketdə alış-veriş edərkən bank kartının işləmədiyini görüb və məsələni dəqiqləşdirmək üçün bank filialına müraciət edib. Araşdırma zamanı onun hesabında balans olaraq dəqiq 999 milyard 999 milyon 999 min 999 lirə 99 qəpik olduğu bildirilib.
 

Sözügedən məbləğin hesabına necə köçürüldüyü barədə heç bir məlumatı olmadığını deyən Takalo, bankdan ətraflı izahat tələb etsə də, araşdırmalar davam etdiyi üçün ona geniş informasiya verilməyib. Lakin onun hesabı tamamilə dondurulub və nəzarətə götürülüb.


Qeyd edək ki, bu məbləğlə o, qlobal miqyasda dünyanın ən zəngin şəxsləri siyahısına daxil ola bilsə də, bankın qoyduğu bloka görə artıq bir aydır hesabına daxil ola bilmir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO