
- A-
- A
- A+
Siyasət
18:06 / 03.06.2026
Ukraynalı səfir Azərbaycana təşəkkür etdi
Hazırda oxunan: Ukraynalı səfir Azərbaycana təşəkkür etdi
617022
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Bu gün ukraynalı uşaqlardan ibarət daha bir qrup Azərbaycana gəlib.
Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna səfiri Yuri Husyev jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, Azərbaycana gətirilən 30 ukraynalı uşaq Mariupol bölgəsindəndir.
“Biz dəstəyə və xalqlarımızı, uşaqlarımızı birləşdirən bu çox vacib proqrama görə Azərbaycan hökumətinə və bütün Azərbaycan xalqına təşəkkür edirik”, - səfir qeyd edib.
Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Sosial Xidmətlər Agentliyinin təşkilatçılığı ilə daha 30 ukraynalı uşaq sosial-psixoloji reabilitasiya xidmətləri ilə təmin olunmaq məqsədilə Azərbaycana gətirilib.
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





























































































