Paşinyan Qarabağla bağlı mövqeyini necə dəyişib? – Özündən AÇIQLAMA

Paşinyan Qarabağla bağlı mövqeyini necə dəyişib? – Özündən AÇIQLAMA

Hazırda oxunan: Paşinyan Qarabağla bağlı mövqeyini necə dəyişib? – Özündən AÇIQLAMA

616987

Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, “Qarabağ hərəkatı”nın davam etdirilməsindən imtina ölkəsi üçün dönüş nöqtəsi olub və bu qərar münaqişənin daha da gərginləşməsinin qarşısını alıb.

Bizim.Media xəbər verir ki, bu barədə erməni mətbuatı yazıb.

“Bəli, mən “Qarabağ Ermənistandır və nöqtə” deyən insanam. Bu, bizə 30 il ərzində aşılanan ideyaya sadiqliyimdən irəli gəlirdi. Lakin bu yolu davam etdirərkən başa düşdüm ki, bu, bir tələyə çevrilib. Mən açıq şəkildə dedim ki, biz bu münaqişəni gələcək nəsillərə ötürməməliyik, övladlarımıza sülh verməliyik”, – Paşinyan bildirib.

O qeyd edib ki, bu mövqenin dəyişməsi nəticəsində Ermənistanın daha güclü dövlətə çevrildiyini düşünür:

“Biz bu gün heç vaxt olmadığı qədər dövlətik, daha çox müstəqilik və daha çox təhlükəsizik”.

Paşinyanın sözlərinə görə, “Qarabağ hərəkatı”nın davamı yalnız yeni müharibələrə və itkilərə gətirib çıxara bilər. O əlavə edib ki, bu qərarı ilə Ermənistanı “azad etdiyini” hesab edir və bunu ölkəsinə etdiyi “ən böyük xidmət” kimi qiymətləndirir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO