Qusarda rəngarəng 1 İyun festivalı keçirilib - FOTO

Qusarda rəngarəng 1 İyun festivalı keçirilib - FOTO

Hazırda oxunan: Qusarda rəngarəng 1 İyun festivalı keçirilib - FOTO
616627
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İyunun 1-də Qusar rayonunda 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü və “Şəhərsalma və Memarlıq İli”nə həsr olunmuş genişmiqyaslı festival keçirilib. Tədbir şəhərin General Mahmud Əbilov adına Mərkəzi Meydanında təşkil olunub.

Bizim.Media xəbər verir ki, əvvəlcə “Şəhərsalma və memarlıq ili uşaqların gözü ilə” adlı yaradıcılıq sərgisinə baxış keçirilib.
 

Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov, RİH başçısı Aparatının məsul şəxsləri, rayonun bir qrup idarə və müəssisə rəhbərləri sərgiyə baxış keçiriblər. Sərgidə rayon məktəblilərinin əl işləri, rəsmləri və şəhərsalma mövzusunda hazırladıqları maketlər nümayiş etdirilib.


Balaca memarların və rəssamların işlərində müasir yaşayış kompleksləri, parklar, tarixi binalar və gələcəyin Qusarı əks olunub. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Tədbir iştirakçıları Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Tədbirdə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində görülən işlərdən, ölkəmizin şəhərsalma irsindən və Ulu Öndər Heydər Əliyevin bu sahədə müəyyənləşdirdiyi siyasətin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən danışılıb.
 

Qeyd olunub ki, uşaqların şəhərsalma və memarlıq mövzusunda maarifləndirilməsi, onların yaradıcı potensialının üzə çıxarılması gələcəyin şəhərlərini quracaq nəslin formalaşması baxımından mühüm əhəmiyyət daşıyır.


Festival bədii-əyləncəli konsert proqramı ilə davam etdirilib. Proqram çərçivəsində milli və müasir rəqs nömrələri, qısa səhnəciklər nümayiş olunub, uşaqların ifasında mahnılar səsləndirilib.

Qusarda rəngarəng 1 İyun festivalı keçirilib - FOTO - foto 1
Qusarda rəngarəng 1 İyun festivalı keçirilib - FOTO - foto 2


Qusarda rəngarəng 1 İyun festivalı keçirilib - FOTO - foto 3
Qusarda rəngarəng 1 İyun festivalı keçirilib - FOTO - foto 4
Qusarda rəngarəng 1 İyun festivalı keçirilib - FOTO - foto 5
Qusarda rəngarəng 1 İyun festivalı keçirilib - FOTO - foto 6
Qusarda rəngarəng 1 İyun festivalı keçirilib - FOTO - foto 7
Qusarda rəngarəng 1 İyun festivalı keçirilib - FOTO - foto 8
Qusarda rəngarəng 1 İyun festivalı keçirilib - FOTO - foto 9
Qusarda rəngarəng 1 İyun festivalı keçirilib - FOTO - foto 10
Qusarda rəngarəng 1 İyun festivalı keçirilib - FOTO - foto 11
Qusarda rəngarəng 1 İyun festivalı keçirilib - FOTO - foto 12
Qusarda rəngarəng 1 İyun festivalı keçirilib - FOTO - foto 13
Qusarda rəngarəng 1 İyun festivalı keçirilib - FOTO - foto 14
Qusarda rəngarəng 1 İyun festivalı keçirilib - FOTO - foto 15


Aytəkin Alxaslı,Bizim.Media,Şimal bürosu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO