- A-
- A
- A+
Cəmiyyət
20:18 / 11.11.2014
1 dəq oxunma
Ələt suyun altında qalacaq
Hazırda oxunan: Ələt suyun altında qalacaq
61214
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
“Müvafiq qurğular tikiləcək”
Xəzər dənizinin səviyyəsinin qalxması Ələti və dəniz səviyyəsindən alçaq olan əraziləri subasmaya məruz qoyacaq. Bunun qarşısını almaq üçün öncədən dəniz müdafiə sistemi quraşdırılmalıdır.
Moderator.az aznews.Az-a istinadən xəbər verir ki, Böyük Bakının İnkişaf Planında tikililərin su altında qalmaması üçün yağış və drenaj sistemlərinin yaradılması nəzərdə tutulub.
Həmçinin, Sumqayıt poliqonunun bağlanması və tullantıxananın təmizlənməsi, Zabrat-Balaxanı və Zabrat-Binəqədi yolları ətrafı ərazidə çeşidləmə zavodu və poliqon ilə birgə fəaliyyət göstərməsi, Lökbatanda yeni tullantı ötürmə stansiyasının tiklilməsi gözlənilir.
“Baş Plana uyğun olaraq Bibiheybətdə çirkab suların təmizlənməsi üzrə yeni məntəqənin inşası və Müşviqabadın cənubunda tullantı poliqonu yaradılacaq. Abşeron yarımadasının şimal-qərb və şərq sahillərində dənizin dayaz hissələrində külək enerjisi turbinləri yerləşdiriləcək. Ələtdə salınacaq limana gələn gəmilərdə formalaşan bərk, maye tullantıları və çirkab sularının dənizə atılmasının qarşısının alınması üçün müvafiq qurğular tikiləcək”, - deyə Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən bildiriblər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.



































































































