Əli Məsimli Şəki rayonunun Baş Göynük kəndində seçicilərlə görüş keçirib

Əli Məsimli Şəki rayonunun Baş Göynük kəndində seçicilərlə görüş keçirib

Hazırda oxunan: Əli Məsimli Şəki rayonunun Baş Göynük kəndində seçicilərlə görüş keçirib

610810
Milli Məclisin deputatı Əli Məsimli 2023-cü ilin mart ayının 10-da Şəki rayonunun Baş Göynük kəndində vətəndaş qəbulu və seçicilərlə görüş keçirib.
Qəbul və görüşdə müxtəlif sosial qrupları təmsil edən şəxslər iştirak etmiş, onlar tərəfindən işədüzəlmə, pensiya təyinatı və əlillik dərəcəsi verilən zaman yaranan narazılıqlar, yerli sahibkarlara münasibətdə vergi güzəştlərinin dairəsinin genişləndirilməsi, güzəştli kreditlərin verilməsi, yol, su və qaz təchizatı və s. kimi fərdi və ictimai xarakterli məsələlər qaldırılıb, həmçinin qanunvericiliyin təkmilləşdirilməsi ilə əlaqədar təkliflərlə bağlı müraciətlər edilib. 
Baş Göynük kəndini rayon mərkəzi ilə birləşdirən Şin çayı üzərindəki qəzalı vəziyyətdə olan körpunun yenidən qurulması və dağ kəndlərində yaşayan əhali üçün qaz limitinin ləğvi və ya artırılması məsələsi qaldırılan problemlər sırasında əsas yeri tutmuşdur.
 
Qəbulda və görüşdə iştirak edən hər bir şəxsin problemi diqqətlə dinlənilib, bəziləri yerində həll edilib, digərlərinin həllinə nail olmaq məqsədilə mərkəzi və yerli icra strukturlarına və digər qrumlara rəsmi müraciətlər edilməsinə dair qərarlar verilib.
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO