25 gündən sonra Quba-Alpan-Susay-Xınalıq yolu açıldı - ÖZƏL/FOTO/VİDEO

25 gündən sonra Quba-Alpan-Susay-Xınalıq yolu açıldı - ÖZƏL/FOTO/VİDEO

Hazırda oxunan: 25 gündən sonra Quba-Alpan-Susay-Xınalıq yolu açıldı - ÖZƏL/FOTO/VİDEO
608701
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Martın 29-dan güclü qar səbəbindən bağlanan Quba-Alpan-Susay-Xınalıq yolu bu gün yenidən istifadəyə verilib.

Quba 9 saylı Xüsusi Təyinatlı Yol İstismar MMC-nin işçilərinin 25 günlük gərgin əməyi nəticəsində qarın hündür qalaqlar yaratdığı yol təmizlənib və nəqliyyat vasitələrinin hərəkəti üçün tam açılıb.

Məlumatı Bizim.Media-ya Quba 9 saylı Xüsusi Təyinatlı Yol İstismar MMC-nin sahə rəisi Hüseynağa Xəlilov verib.
 

Onun sözlərinə görə, Xınalığa aparan alternativ yolun 25-ci kilometrindən 50-ci kilometrinədək olan hissəsi 25 gün ərzində böyük çətinliklə qardan təmizlənib.


Hüseynağa Xəlilov bildirib ki, dəniz səviyyəsindən 3000 metr yüksəklikdə yerləşən bu yolda gündə orta hesabla 1 kilometr məsafəni qardan təmizləmək mümkün olub.

“Bu gün yolu açdıq. Artıq sürücülər Quba-Alpan-Susay-Xınalıq yolundan maneəsiz istifadə edə bilərlər”, - deyə o vurğulayıb.


 

25 gündən sonra Quba-Alpan-Susay-Xınalıq yolu açıldı - ÖZƏL/FOTO/VİDEO - foto 1

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO