“ASAN xidmət” modeli Nyu-Yorkda diqqət mərkəzində - FOTO

“ASAN xidmət” modeli Nyu-Yorkda diqqət mərkəzində - FOTO

Hazırda oxunan: “ASAN xidmət” modeli Nyu-Yorkda diqqət mərkəzində - FOTO

607625

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Məhəmmədəli Xudaverdiyev Nyu-Yorkda  “Dövlət qurumlarının transformasiyası: innovasiya, hesabatlılıq, iştirak və inklüzivliyin təşviqi” mövzusunda keçirilən tədbirdə çıxış edib.

Bizim.Media xəbər verir ki, Dövlət Agentliyinin nümayəndəsi Azərbaycan Respublikasının Prezidentinin təşəbbüsü ilə yaradılmış "ASAN xidmət" mərkəzlərində tətbiq olunan innovativ həllər və ölkəmizin müvafiq təcrübəsinin ixracı sahəsində həyata keçirilən layihələr barədə məlumat verib. 

Tədbirdə üzv dövlətlərin BMT yanında daimi nümayəndələri və dövlət qurumlarının rəsmiləri, beynəlxalq ekspertlər və akademik dairələrin nümayəndələri iştirak ediblər.
 

Həmçinin BMT-nin Dövlət İdarəçiliyi Şəbəkəsinin 25 illiyinə həsr olunmuş xüsusi tədbirdə  11 noyabr 2024-cü il tarixində BMT ilə Azərbaycan Respublikası Hökuməti arasında imzalanmış Töhfə Sazişinin icrası çərçivəsində həyata keçirilmiş fəaliyyətlər və planlaşdırılan layihələr diqqətə çatdırılıb.


Səfər zamanı BMT-nin Cənub-Cənub Əməkdaşlığı Ofisinin direktoru, BMT-nin Qərbi Asiya üzrə İqtisadi və Sosial Komissiyasının bölmə rəhbəri, eləcə də İordaniyanın və Mərakeşin müvafiq sahə üzrə fəaliyyət göstərən dövlət qurumlarının yüksək vəzifəli rəsmiləri ilə görüşlər də keçirilib. 






Naibə Məmmədova, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO