Şəkidə dünyasını dəyişən şairlə bağlı yeni TƏFƏRRÜAT - FOTO

Şəkidə dünyasını dəyişən şairlə bağlı yeni TƏFƏRRÜAT - FOTO

Hazırda oxunan: Şəkidə dünyasını dəyişən şairlə bağlı yeni TƏFƏRRÜAT - FOTO
596825
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Şəki ədəbi mühitinin tanınmış nümayəndələrindən olan Namizəd Xalidoğlu xərçəng xəstəliyindən vəfat edib.

Bu barədə Bizim.Media-ya mərhumun oğlu Rövzət Zəkəriyyəyev məlumat verib.

Onun sözlərinə görə, xərçəng xəstəliyinə qəfil yoluxan Namizəd Xalidoğlu cəmi 20 gün yaşayıb. Onu xərçəngin caynağından xilas etmək mümkün olmayıb. Aparılan müalicə kursları səmərə verməyib.

71 yaşlı şair Namizəd Xalidoğlu Qoca Xalid imzası ilə yazırdı. Şəkinin Kiçik Dəhnə kəndində doğulan şairin kiçik qardaşı, bir neçə il əvvəl vəfat edən Tahir Xalidoğlu da şair idi. Atasız böyüyən hər iki şair – Namizəd və Tahir Xalidoğlular heç vaxt şəhər mühiti axtarmayıblar. Elə kəndimizdə yaşayıb yaradıblar.

Onlar qonşumuz olublar. Ata nənələri Pəri və anaları Qəribə Zəkəriyeva onları halal zəhmətləri ilə böyüdüblər.

Namizəd Xalidoğlu Moskvada M.Qorki adına Ədəbiyyat İnstitutunu bitirib. O, Rusiya Elm və İncəsənət Akademiyasının müxbir üzvü idi.

Namizəd və Tahir Xalidoğlular doğmalarına və sevənlərinə kənd mühitində yaşayıb-yaratsalar da, mərkəzdə nəşr olunan kitablarını yadigar qoyublar.

Şəkidə dünyasını dəyişən şairlə bağlı yeni TƏFƏRRÜAT - FOTO - foto 1

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO