“ASAN Xidmət” daha hansı ölkələrdə açılacaq? – ADLAR

“ASAN Xidmət” daha hansı ölkələrdə açılacaq? – ADLAR

Hazırda oxunan: “ASAN Xidmət” daha hansı ölkələrdə açılacaq? – ADLAR
592968
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bu ilin 14 yanvar tarixində Pakistanın İslamabad şəhərində “ASAN xidmət” mərkəzinin açılış mərasimi keçirilib. Açılış mərasimində qeyd olunub ki, hazırda 6 ölkədə (Uqanda, Özbəkistan, İndoneziya, Əfqanıstan, Efiopiya və Pakistan) “ASAN xidmət” modeli əsasında mərkəzlər fəaliyyət göstərir.

ASAN intellektual məhsulu başqa hansı ölkələrə ixrac ediləcək?

Bizim.Media xəbər verir ki, mövzu ilə bağlı ASAN Xidmətdən bildirilib ki, Dövlət Agentliyi 30-dan çox ölkə və beynəlxalq təşkilatla müqavilə imzalayıb.

Bu çərçivədə, Birləşmiş Ərəb Əmirlikləri, Pakistan İslam Respublikası, Qırğız Respublikası, Qazaxıstan Respublikası, Efiopiya Federativ Respublikası, Özbəkistan Respublikası, Rumıniya, İndoneziya, Kolumbiya, Kamboca, Seneqal, Ruanda, Uqanda və s. kimi ölkələrin müvafiq sahələr üzrə fəaliyyət göstərən qurumları, eləcə də Birləşmiş Millətlər Təşkilatı, ICESCO və İslam İnkişaf Bankı (IsDB) ilə ASAN modelinin ixracı ilə bağlı imzalanmış sazişləri qeyd etmək olar.

"Ölkəmizin intellektual brendi olan “ASAN xidmət” təcrübəsi Avropa, Asiya və Afrika qitəsindən sonra Amerika qitəsində də tətbiq olunacaq", - deyə açıqlamada qeyd olunub. (Modern.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO