Bu avtomobillər hər an alışa bilər - Ekspertdən AÇIQLAMA

Bu avtomobillər hər an alışa bilər - Ekspertdən AÇIQLAMA

Hazırda oxunan: Bu avtomobillər hər an alışa bilər - Ekspertdən AÇIQLAMA
591035
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Son günlər elektrik mühərrikli avtomobillər qəfl yanır. Bu avtomobillərdə akkumulyator yanma riski insanları narahat edir. 

Bəs buna səbəb nədir? 

Bizim.Media “Milli.Az”a istinadla xəbər verir ki, məsələ ilə bağlı avtomobil mütəxəssisi Elgün Xıdırovun sözlərinə görə, müasir hibrid istehsalçıları batereyaları izolyası edirlər, amma izolyasiyanı yaxşı ya pis edən istehsalçılar var:

"Yaxşı izolyasiya olunmadığı tədqirdə yanğın baş verə bilər. Həmçinin batereyaların yay aylarında soyuma, qış aylarında isinmə sistemləri var. Bu sistemlər keyfiyyətsiz olduqda yanğının baş verməsi qaçılmazdır. Batereyanın soyuma sisteminə düzgün olmayan müdaxilə onların normal soyumasını artıq problemli edir. Batereyalar isə qızmadan alışa bilər. İzolyasiya pozularsa, oksidləşmədən də alışa bilər". 

Mütəxəssis qeyd edib ki, elektrik mühərrikli avtomobillər digər səbəblərdən də alışa bilər:

"Bəzi nəqliyyat vasitələrinə əlavə işıqlandırma sistemləri və müxtəlif elektron qurğular qoşulur. Bu avadanlıqlar əksər hallarda ixtisaslı olmayan şəxslər tərəfindən servis mərkəzlərində və ya mağazalarda quraşdırılır. Bu isə avtomobilin elektrik şəbəkəsinə artıq yük düşməsinə, qısaqapanmaların yaranmasına və nəticədə yanğın təhlükəsinin artmasına səbəb olur". 

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO