Azərbaycanda ali təhsil 4 ildən 3 ilə endirilir?

Azərbaycanda ali təhsil 4 ildən 3 ilə endirilir?

Hazırda oxunan: Azərbaycanda ali təhsil 4 ildən 3 ilə endirilir?
586330
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycanda ali təhsil pillələrinin müddətinin azaldılması ilə bağlı müzakirələr artıq bir neçə ildir gündəmdədir. 

Növbəti dövrdə bakalavr təhsilinin 3 ilə, magistratura təhsilinin isə 1 ilə endirilməsi ilə bağlı qərarın qəbul olunması istisna edilmir.

Bizim.Media xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında təhsil eksperti Elçin Əfəndi dünyanın müxtəlif ölkələrində, o cümlədən Gürcüstanda ali təhsil müddətinin azaldılması ilə bağlı qərarın Azərbaycana təsiri haqda danışarkən deyib.

“Bizdə də bakalavr pilləsində bir çox ixtisaslar üzrə təhsil müddəti 3 ilə, magistratura pilləsində isə 1 ilə qədər endirilsin. Ali təhsil müəssisələrində bəzi ixtisaslarda qeyri-ixtisas fənlərinin tədrisi və dərs müddətlərinin uzun olması təhsilin effektivliyinə mənfi təsir göstərir. Dərs yükünün azaldılması və yalnız ixtisasa uyğun fənlərin saxlanılması ilə təhsil müddətini qısaltmaq mümkündür”, - o bildirib.

Ekspert qeyd edib ki, xüsusilə laboratoriya şəraiti tələb etməyən ixtisaslar üzrə 3 illik bakalavr təhsili kifayət qədər effektiv ola bilər:

“Qeyri-ixtisas fənləri çıxarmaqla, tələbələrə lazım olan bilikləri daha qısa müddətdə vermək mümkündür. Bu, dünya təcrübəsində geniş tətbiq olunur və effektivliyi də sübut edilib. Belə bir islahat həm bakalavr, həm də magistratura pilləsində təhsilin keyfiyyətinə, eləcə də hazırlanan kadrların əmək bazarına uyğunluğuna müsbət təsir göstərər”.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO