Ayaqları tutulan “Toppuş bacı”: “Yeni törəmələr əmələ gəlib, maddi yardıma ehtiyacım var”

Ayaqları tutulan “Toppuş bacı”: “Yeni törəmələr əmələ gəlib, maddi yardıma ehtiyacım var”

Hazırda oxunan: Ayaqları tutulan “Toppuş bacı”: “Yeni törəmələr əmələ gəlib, maddi yardıma ehtiyacım var”
585294
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol
“Səhhətim və maddi vəziyyətim çox ağırdır”. 
 
Bu sözləri “Toppuş bacı” ləqəbi ilə şou-biznesdə məşhurlaşan aktrisa, Əməkdar artist Tünzalə Əliyeva Bizim.Media-nın əməkdaşı ilə söhbətində deyib. 
 
Sənətçi bədənində yeni törəmələrin aşkar olunduğunu açıqlayıb: 
 
“Başımda yeni törəmələr əmələ gəlib. Ayaqlarım tamam tutulub. Yeriyə bilmirəm. Bir neçə gün əvvəl şüa aldığımdan prosesi yenidən təkrarlaya bilmirəm. İynə-dərmanlarla zaman qazanmağa çalışıram”. 
 
Tünzalə maddi vəziyyətinin də pis olduğunu dilə gətirib: 
 
“Maddi yardıma böyük ehtiyacım var. Amma təəssüf ki, kimsə maddi yardım etmir”. 
 
Qeyd edək ki, uzun müddətdir xərçənglə mübarizə aparan T.Əliyeva bir müddət əvvəl redaksiyanın əməkdaşı ilə söhbətində əlliyə yaxın kimyaterapiya aldığını açıqlayıb. O, ağır xəstəliyin metastaz verərək daxili orqanlarına yayıldığını bildirib.
 
Beynində bədxassəli şiş aşkarlandığını və səhhətinin ağır olduğunu bildirən aktrisa sağlamlıq vəziyyətini yaxşılaşdırmaq üçün təcili şüa terapiyası almalı, daha sonra isə “ağıllı” dərmanlar qəbul etməli olduğunu açıqlayıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO