
- A-
- A
- A+
Cəmiyyət
21:30 / 14.12.2022
1 dəq oxunma
Bu gün həlak olan hərbçilər - FOTOLAR
Hazırda oxunan: Bu gün həlak olan hərbçilər - FOTOLAR
577588
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Xəbər verdiyimiz kimi, bu gün DSX-nin Qubadlıda yerləşən N saylı hərbi hissəsinin hərbçisi, 2004-cü il təvəllüdlü, İmişlinin Aranlı kənd sakini Ələkbərli Miran Qamət oğlu ürəktutmasından vəfat etdib.
“Qafqazinfo”nun məlumatına görə, əsgərin xidmətdən qayıtdıqdan sonra istirahət edərkən səhhəti qəfil pisləşib.
O, Zəngilan rayon Ağalı kənd xəstəxanasına çatdırılıb. Lakin həkimlərin ciddi səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Gün ərzində daha bir faciəvi hadisə isə Ağdamda qeydə alınıb. Belə ki, Müdafiə Nazirliyinin Ağdamda yerləşən N saylı hərbi hissəsinin hərbçisi, 2004-cü il təvəllüdlü, Lənkəranın Liman şəhər sakini Əsgərli Aslan Əkbər oğlunun silahdan atəş açmaqla özünü öldürüb.
Məlumata görə, Aslan 2 bacının tək qardaşı olub.
Qeyd edək ki, günün sonunda da hərbçilərin iştirakı ilə bədbəxt hadisə yaşanıb. Belə ki, Kəlbəcərdə təxliyə ilə bağlı hadisə yerinə yollanan 4 nəfər hərbçimiz minaya düşüb, onlardan 3-ü müxtəlif dərəcəli bədən xəsarətləri alıb, gizir Hümbətov Zöhrab Məmməd oğlu isə şəhid olub.
Fotoda Əsgərli Aslan
.jpg)
Fotoda Ələkbərli Miran
.jpg)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
































































































