"Niva" larla "AVTOŞ" luq edənlər - VİDEO

Hazırda oxunan: "Niva" larla "AVTOŞ" luq edənlər - VİDEO
55864
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol
Müşahidə kameraları onları qeydə alır, əməllərinə görə cavab verəcəklər.

Son vaxtlar “VAZ 21 07” markalı avtomobillərlə yanaşı, “Niva”, "Lada-Priora” markalı maşınlarla da "avtoş"luq edənlər kifayət qədərdir.
Moderator.az xəbər verir ki, avtosfer.az saytında yayılan və şəhərin mərkəzi küçələrində çəkilən bu kadrlarda “Niva” markalı avtomobillərlə “avtoş”luq edənlər, hətta özləri üçün klip də çəkdiriblər.

Avtomobilin nömrələrini və üzlərini gizlədən bu gənclər gecə yarısı şəhərə çıxırlar. Küçələrin, əsasən, boş olduğu bu saatlarda insanlar evlərində rahatlıq tapmırlar. "Avtoş"lar isə ancaq mərkəzi küçələrdə hərəkət edir, asfaltda təkərlərin izini qoyub bu hərəkətləri ilə həyəcanlı anlar yaşayırlar. Amma onların bu hərəkətləri digərləri üçün təhlükəyə çevrilir.

Bəzən toy karvanlarında da bu tip avtoxuliqanlara rast gəlirik.

"Avtoş"ların iştirakı ilə baş verən, xəsarət və ölümlə nəticələnən qəzalar da az olmur. Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Vaqif Əsədovun sözlərinə görə, bu il "avtoş"ların iştirakı ilə baş verən 19 yol-nəqliyyat hadisəsi zamanı iki nəfər dünyasını dəyişib. Bu halların baş verməməsi üçün Bakı Şəhər Yol Polisi mübarizə aparır.

Vətəndaşlar da avtoşlarla mübarizənin istisnasız aparılmasını və gecələri rahat yatmaq istəyir ki, bu da onların haqqıdır. İnsanların haqqını əlindən alan bu gənclər isə unutmasınlar ki, müşahidə kameraları onları qeydə alır və gec-tez öz əməllərinə görə cavab verəcəklər. 




© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO