Ədliyyə naziri Fikrət Məmmədov bunu bilirmi...?

Ədliyyə naziri Fikrət Məmmədov bunu bilirmi...?

Hazırda oxunan: Ədliyyə naziri Fikrət Məmmədov bunu bilirmi...?
52615
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bir müddət öncə Moderator.az-da Səbail Rayon Məhkəməsinin hakimi Nurəddin bağırovla bağlı yazı getmişdi və həmin yazıda onun qanunları necə pozduğu öz əksini tapmışdı---moderator.az/?xeber=47195

İki gün öncə isə həmin hakim daha bir əcaib addım ataraq onsuz da cəmiyyətdə tənqid və məsxərə predmetinə çevrilmiş məhkəmə sisteminə daha bir ləkə vurmuş olub. Moderator.az-a daxil olan şikayət məktubunda hakim Nurəddin Bağırovun qanunsuz qərarlarından özünü yandırma həddinə çatmış ağbirçək ana-Səltənət Rzayevanın vəkili narazılığını belə ifadə edir:

"Səbail Rayon Məhkəməsinin hakimi Nurəddin Bağırov qətnamə qəbul edib. Həmin qətnamədən biz apellyasiya şikayəti vermişik, həmin instansiya məhkəməsində də hakim Natiq Abbasov işə baxaraq birinci instansiya məhkəməsinin qətnaməsini qüvvədə saxlamışdı. Hal-hazırda iş Ali Məhkəmənin icraatındadır.

Bizim iddiamız alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi idi, qarşı tərəfsə mənzilin boşaldılması haqqında iddia ilə çıxış ediblər. Mənzilin boşaldılması tələbini Nurəddin Bağırov təmin edib. Biz vaxtı ötürmədən apellyasiya şikayəti verməyimizə baxmayaraq Nurəddin Bağırov icra vərəqi verib, icraçılar gəliblər icranı həyata keçirməyə, yəni evi boşaltmağa, icraçıya başa sala bilmirəm ki, eyni predmet üzrə həmin iş Ali Məhkəmənin icraatında olduğuna görə icra həyata keçirilə bilməz. Nurəddin Bağırovla bir daha əlaqə saxlayaraq ondan niyə qanunsuz icra həyata keçirilməsinə səsb olub? Deyir ki, bilməmişəm, indi baxıram ki, siz vaxtı ötürmədən apellyasiya şikayəti vermisiniz. Təzədən deyir ki, mən sabah işi apellyasiyaya göndərirəm. Mən icraçıdan soruşdum ki, siz bu gün bu icranı həyata keçirəndən sonra sabah Apellyasiya Məhkəməsi hansı işə baxacaq? Necə ola bilər ki, artıq icra olunmuş iş Apellyasiya Məhkəməsində araşdırılsın? Yəni Nurəddin Bağırov “dovşana qaç, tazıya tut” deyən bir vəziyyət yaradıb.

Bu gün Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsini ora tökmüşdülər, Səltənət Rzayeva da əlində alışqan və bir şüşə benzin deyirdi ki, onu zorla çıxarsalar, yəni icranı həyata keçirsələr özünə od vuracaq...

Günün sonunda vəkil Moderator.az-a bildirdi ki, artıq Nurəddin Bağırov səhvini düzəldib və işi apellyasiya məhkəməsinə göndərdiyindən icranı dayandırıb..."

Bax belə, cənablar. Azərbaycan məhkəmə sisteminin daha bir anoloqsuzluğuna şahidlik edin...

 Ümid edək ki, hörmətli ədliyyə naziri, Məhkəmə Hüquq Şurasının sədri Fikrət Məmmədov bununla bağlı tədbir görəcək...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO